F-1.az xatırladır ki, Ferrari tarixinə və uğurlarına görə Formula1 sürücüləri tərəfindən arzulanan bir komanda olsa da, Həmilton belə düşünmür: “Komandama, Gümüş Oxlara baxıram və bu tarixin bir hissəsi olduğumu düşünürəm. Mən sonrakı dövrlərdə də bu tarixin bir hissəsi olmağa davam edəcəm və davam etmək istəyirəm. Yarışlardan getdikdən sonra da komandanın bir hissəsi olaraq qalmaq istəyirəm”.
Həmilton Mercedes-də 4-cü mövsümünü keçirir və əvvəlki 3 mövsümün ikisində Dünya Çempionu titulunu qazanıb. Həmilton bildirib ki, Mercedes-dən ayrılmaq üçün heç bir səbəb yoxdur: “Mercedes-in ən çox sevdiyim tərəfi: bu gün Ser Stirlinq Moss və digər sürücülər Mercedes-dədirlər. Ömrünüzün sonuna qədər marka ilə bir yerdə olursunuz. Sizi qanadlarının altına alır, sizinlə maraqlanır və ömrünüzün sonuna qədər komandanın bir hissəsi olursunuz. Özümü bu ailədən uzaqda təsəvvür edə bilmirəm”.
Jurnalistlər Həmiltondan “Fettelin karyerası bitəndə Ferrari-yə transfer olacaqsınızmı?” sualına cavab istəyiblər: “Uşaqlıqda Formula1-ə baxanda, qırmızı bolidləri görürdüm və gözəl görünürdü. Komandadakı italyan sevgisi xüsusidir. Amma 13 yaşımdan etibarən Mercedes-də çıxış edirəm, uzun müddətdir buradayam.
Düzünü desəm, hazırda Sebastyanın Ferrari-sinə baxıb, “Lənətə gəlsin, mən orada yarışmaq istəyirəm” demirəm”.