F-1.az xatırladır ki, Mercedes komandası Bakıdakı cümə sərbəst yürüşlərində Ferrari-dən 0.7 saniyə geridə qalıb.
Lyuis Həmilton: “İkinci sessiya yaxşı keçdi. Özümü rahat hiss edirdim. Amma Ferrari çox sürətlidir və bizdən çox öndədirlər. Buna görə də harada vaxt itirdiyimizi tapmalıyıq. Bir gecə ərzində 0.7 saniyə tapmaq çətin məsələdir. Amma işləri qaydasına qoymaq üçün hər şey edəcəyik. Ancaq yarış tempimiz güclüdür”.