F-1.az xatırladır ki, Mercedes komandası ilk 3 yarışda 130 xal topladığı halda, Ferrari 73 xalla kifayətlənib.
Lyuis Həmilton: “Bolidimizi tam potensialı ilə sürürük. Gələcəkdə daha da inkişaf edəcəyik. Bəhreyndə son dövrələrdə bəxtimiz gətirdi. Çünki yarışı qazanmaq üçün yetərli tempimiz yox idi. Amma Çindəki nəticələr haqlı nəticələr idi. Lakin Ferrari tam potensialını ortata qoya bilmədi. Onların harada itirdiklərini bilmirəm. Düzlüklərdə 0.4 saniyə qazanırlar. Döngələrdə itirirlər. Bolidləri bizimkindən daha qısadır və növbəti yarışlarda bundan yaxşı istifadə edə bilərlər”.