L.Həmilton Ferrari-nin turbinindən təəccüblənib

Lyuis Həmilton Ferrari-nin Kanada QP üçün gətirdiyi turbinin performansından təsirlənib.

F-1.az xatırladır ki, Ferrari Kanadaya 2 şərti baldan istifadə edərək, yeni turbin gətirib. Beləliklə, italyanların bu mövsüm üçün 4 şərti balı qalıb.

Həmilton dünənki sessiyanı birinci yerdə bitirdiyi halda, Fettel ondan 0.257 saniyə geri qalmışdı.

Lyuis Həmilton: “Ferrari çox sürətli görünür. Yeni turbinləri var və buna görə də düzlüklərdə sürətli görünürlər. Amma Ferrari-nin bunu test etmək üçün mühərriyi açıb-açmadıqlarını bilmirəm. Bunu bu gün görəcəyik.

Ferrari-lər çox sürətli görünür və Red Bull-lar da sürətli görünür. Xüsusən də, Ferrari-yə çox yaxın görünürük. Ümid edirəm ki, onlarla yarışarıq.

Mükəmməl gün idi. Burada tras xaricinə çıxmırsınızsa, deməli limitlərdə sürmürsünüz. Tras xaricinə çıxmasanız, limitləri tapa bilmərsiniz. Son həddi tapmaq üçün bir dəfə trasdan kənara çıxdım və davamlı son həddə olmağa çalışdım. Bir neçə dəfə divara çırpıla bilərdim, amma bəxtim gətirdi və yaxşı qurtardım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*