F-1.az xatırladır ki, Mercedes Ciddədə də fanatlarını məyus edib. Onlar 4 və 5-ci yerləri tutsalar da, Red Bull-dan 35 saniyə geri qalıblar.
Lyuis Həmilton: “Önümüzdə uzun yol var. Ferrari-ni bizdən arxada görmək qəribə idi. Burada asfalt qatı fərqlidir. Bunq görə də boliddə nəyin səhv, nəyin düz işlədiyini anlamırıq. Bu həftəsonundan pozitiv dərslər çıxara bilərik. İlk üç yarış enişli-yoxuşlu olacaq. Ümid edirəm ki, tezliklə yeniliklər alarıq və Aston-la fərqi bağlayarıq”.