L.Həmilton: “Ferrari ilə mübarizə həyəcan verir”

Mercedes AMG komandasının sürücüsü bildirib ki, bu il komandası və Ferrari arasında daha çox mübarizə görmək istyəyir..

F-1.az xatırladır ki, Ferrari sürücüləri Sebastyan Fettel və Kimi Rəykkönen Avstraliyada yaxşı start alaraq ilk iki yerə yüksəlmişdilər. Amma Kimi Rəykkönen turbin probleminə görə yarışı vaxtından əvvəl dayandırmış, Sebastyan Fettel isə səhv strategiya seçmiş və yarışı Mercedes AMG sürücülərindən sonra 3-cü yerdə bitirmişdi.

Lyuis Həmilton bildirib ki, Ferrari bütün mövsüm ərzində onun komandasını təqib edəcək. Britaniyalı sürücü əlavə edib ki, Bəhreyndə iki komanda arasında yaxın mübarizə olacaq: “Mən Avstraliyadakı kimi mübarizənin olacağını düşünürəm və həyəcanlanıram. Həftəsonu bir-birimizə çox yaxın olacayıq. Təkər-təkərə mübarizə apara bilərik. Hətta onlar bizdən öndə də ola bilərlər.

Doğrudan da heç nə bilmirik, ona görə də həyəcanlıyıq. Bəhreyn yarışı son iki ildə çox əyləncəli keçib. Ümid edirəm ki, yenə də əyləncəli olar”.

Mercedes Motorsport-un başçısı Toto Volff bildirb ki, onlar Avstraliyada qüsursuz performans göstəriblər və əlavə edib ki, Həmilton və Rosberq  Ferrari sürücüləri ilə mübarizəyə hazırlaşırlar: “Biz oyunumuzu bir az da təkmilləşdirdik, amma Ferrari bizim üçün böyük təhdiddir. Ona görə mən də həyəcanlıyam. Mübarizəni gömək üçün səbrsizlənirəm”.

Volff mövsümün ilk yarışı barədə də danışıb: “Mövsümə yaxşı başladıq. Amma biz Melburnda qüsursuz performans göstərdik, lakin biz növbəti dəfə pis start alsaq, onlar bizi məğlub edəcəklər. Bəhreyn Ferrari üçün uyğun trasdır. Ona görə də düşünürəm ki, fərq azalacaq və bu həftəsonu yaxın mübarizə olacaq”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*