F-1.az xatırladır ki, Mercedes komandası son poulunu iyul ayında keçirilən Almaniya Qran Prisində alıb. Ondan sonra keçirilən 6 Qran Pridə Red Bull 1 dəfə, Ferrari isə 5 dəfə yarışa birinci yerdən başlayıb.
Lyuis Həmilton: “Artıq ortaya çıxırlar və onlarla rəqabət apara bilmirik. Başqa səviyyədədirlər. Ferrari-nin bolidi məncə, daha sürətlidir. Lakin ümid edirəm ki, podium uğrunda mübarizə apara bilərik. Amma dediyim kimi çox sürətlidirlər”.