F-1.az xatırladır ki, Mercedes AMG komandasının mühəndisləri Bəhreyndən sonra Həmiltonun ötürmələr qutusunda problem tapıblar və qutunu dəyişdiriblər. Bu dəyişiklikdən sonra Həmilton startda 5 yer itirməklə cəzalandırlıb. Keçən ilin Yaponiya yarışından bəri hər yarış podiuma çıxan Həmilton bu həftəsonu işinin çətin olduğunu deyib.
Lyuis Həmilton: “Məncə, çətin bir gün idi.
Hava küləkli idi və Ferrari-lər bizdən sürətli görünürdülər”.
Lyuis Həmilton jurnalistlərin – “Ferrari-lərlə mübarizə apara biləcəksiniz?” – sualına belə cavab verib: “Sözün düzü, mən fərqli yerdəyəm. Bəlkə Niko onlarla mübarizə apara bilər və onların tempinə görə narahat olmalıdır. Mən onların arxasında olacam. Bu da ötmənin çətin olacağını göstərir”.
Lyuis Həmilton sərbəst yürüşlərdə iki dəfə yerində fırlandı. Britaniyalı bildirib ki, bolidin balansını idarə etmək çətindir: “Qətiliklə deyə bilərəm ki, bolidin balansı yaxşı deyildi. Bunun üstündə işləyirik. Bəli, bəzi problemlərimiz oldu və bunları düzəltməliyik. Ferrari-nin sürəti hamıya məlumdur və bu da göstərir ki, bizim aramızda çətin mübarizə olacaq və fanlar bundan razı qalacaqlar”.