F-1.az xatırladır ki, Lyuis Həmilton karyerasına 2007-ci ildə McLaren komandasında başlayıb. Britaniyalı sürücü 2013-cü ildən etibarən Mercedes AMG komandasının şərəfini qoruyur.
Lyuis Həmilton: “Burada özümü yaxşı hiss edirəm və Ferrari-də çıxış etmədən karyeramı bitirsəm, bu mənim üçün problem olmayacaq.
Hazırda Rosberq məndən sürətlidir, amma mən də 2 dəfə poul qazandım. Hələ heç nə bitməyib və mübarizə davam edir. Son yarışda Niko əla sürdü və çox güclü idi.
Futbolçuların ən böyük hədəfi Real Madrid-dir. Bəs sürücülər üçün bu hədəf Ferrari-dir? Heç vaxt “heç vaxt” deməyin. Ferrari bir komandadır və inkişaf etmiş bir brenddir, ancaq mən karyerama 13 yaşımda başladım və hazırkı səviyyəyə qədər yüksəldim.
Dünyanın ən yaxşı və ən güclü komandası olan Mercedes-də yarışıram və 3 illik müqaviləm var. Ferrari-də çıxış etməmək mənim üçün problem deyil”.