F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu karyerasına McLaren komandasında başlayıb və 2014-cü ildən bəri Mercedes-in şərəfini qoruyur.
Lyuis Həmilton: “Nə vaxt Montsaya getsəm, tiffozilər mənə “Ferrari-yə gəl” deyirlər. Bu hal məni xoşbəxt etsə də, uzun illərdir idmanda olub orada yarışmamaq inanılmazdır. Bu, hamının xəyalı və hədəfidir. Bu hədəfə çatmaq mümkün olmadı və səbəbini hüç vaxt bilməyəcəm. Onlara uğurlar arzu edirəm və düşünürəm ki, Dünya Çempionu olmamaları üçün əlimdən gələni edəcəm. Evdə bir neçə ədəd Ferrari maşınım var, amma Ferrari-nin F1 bolidini sürməmişəm”.