F-1.az xatırladır ki, britaniyalı sürücü keçən il qələbə qazana bilməmişdi və ilk qalibiyyətsiz mövsümünü geridə qoymuşdu.
Lyuis Həmilton: “Çox fərqli hiss edirəm. Gözəl fasilə oldu. Ailəmlə səyahətə çıxdım və özümü yaxşı hiss edirəm. Keçən həftə bolidi ilk dəfə görmək və indi sürmək həyəcanvericidir.
Keçənilki kimi pozitiv deyiləm. Daha təmkinliyəm. Lakin nə olursa-olsun, komanda hər şeyi həl edə bilər. Ümid edirəm ki, yaxşı başlayarıq. Keçən il göstərdik ki, çətinliyə düşsək də, özümüzə gələ bilirik. Bu il də bunu etməyə çalışacağıq”.