F-1.az xatırladır ki, Mercedes cümə günü elə də yaxşı təsir bağışlamayıb və Lyuis Həmilton bütün sessiya ərzində bolidi ilə mübarizə aparıb.
Lyuis Həmilton: “Hər şey demək olar eyni idi. Bir saniyə fərq var. Hər iki sessiya ərzində çətinlik çəkdim. Sürüşü asanlaşdırmaq üçün bolidin üzərində işləməyə davam edirik. Bolidi sürmək çox çətindir. Bilirəm ki, bazada hamı çox işləyir. Buna görə də səbirli olmalıyıq”.