F-1.az xatırladır ki, testlərin ikinci günündə sükan arxasına Valtteri Bottas keçib və plana görə nahardan sonra yerini Lyuis Həmiltona verməli idi. Lakin nahar fasiləsi ləğv edildiyi üçün komanda Bottasın trasda qalmasını məsləhət bilib.
Lyuis Həmilton: “Hava şəraiti davamlı dəyişirdi və vaxt itirirdik. Buna görə də Valtterini trasda saxlamaq məntiqli idi. Səhər sürdüyü üçün özünü rahat hiss edirdi və sürücü dəyişdirmək üçün 1 saat vaxt gedir. Havanın necə olacağını bilmirik və komanda bolidi anlamaq üçün daha çox yol qət etməlidir. Buna görə də sürməkdən imtina etdim”.