L.Həmilton F1 tarixinin ən çox qazanan sürücüsüdür

Formula1 üzrə beşqat Dünya Çempionu Lyuis Həmilton karyerası ərzində qazandığı maaşa görə Mixael Şumaxeri qabaqlayıb.

F-1.az bildirir ki, idmanda 13-cü mövsümünü keçirən britaniyalı sürücü 489 milyon dollar qazanaraq, əfsanəvi Mixael Şumaxeri 20 milyon dollar qabaqlayıb.

Qeyd edək ki, statistika sürücü maaşlarına görə hesablanıb. Burada şəxsi sponsorlardan gələn gəlirlər qeydə alımmayıb. Forbes xəbər verir ki, Formula1 tarixində ən çox maaş alan sürücü Mixael Şumaxerdir. Yeddiqat Dünya Çempionu 1999-cu ildə Ferrari-dəm 38 milyon dollar maaş alıb. Həmilton hazırda Merceses-dən 40 milyon dollar maaş alsa da, inflyasiyaya görə almaniyalı sürücünün maaşı daha yüksəkdir.

İkiqat Dünya Çempionu Fernando Alonso da qazancına görə iki əzəli rəqibindən geri qalmır. İspaniyalı əfsanə karyerası ərzində 458 milyon dollar pul qazanıb. Sebastyan Fettel isə ondan 100 milyon dollar geri qalır.

Lakin siyahının ilk onluğunda Dünya Çempionu titulunu qazana bilməyən sürücülər də var. Belə ki, yarış qazanmış Ralf Şumaxer, Felipe Massa və Rubens Barrikello siyahıda onluğa düşə biliblər. Formula1 tarixinin ən çox qazanan sürücüləri aşağıdakılardır:

1. Lyuis Həmilton – 489 mln dollar
2. Mixael Şumaxer – 464 mln dollar
3. Fernando Alonso – 458 mln dollar
4. Sebastyan Fettel – 358 mln dollar
5. Kimi Rəykkönen – 331 mln dollar
6. Censon Batton – 147 mln dollar
7. Ralf Şumaxer – 121 mln dollar
8. Jak Vilnöv – 115 mln dollar
9. Felipe Massa – 110 mln dollar
10. Rubens Barrikello – 110 mln dollar

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*