L.Həmilton etibarlılığa görə narahat olub

Lyuis Həmilton Amerika yarışında finişə qədər etibarlılığa görə narahat olub.

F-1.az xatırladır ki, Həmilton Ostində keçirilən 5-ci yarışda 4-cü qələbəsini qazanaraq, komanda yoldaşı Niko Rosberqdən geriqalmasını 26 xala salıb…

Lyuis Həmilton: “Bu gün işimi rahatlıqla gördüm. Amma etibarlılığa görə narahat idim. Finişə qədər Malayziyadakı halın təkrarlanacağından qorxdum. Finişi gördüyüm üçün minnətdaram.

Rosberq etibarlılıq cəhətdən daha rahat idi. Onun üçün hər şey qaydasındadır. Buna görə də işimi görməyə davam etməliyəm”.

Həmilton bildirib ki, aradakı fərq 26-ya düşsə də, bütün yarışlara eyni dərəcədə hazırlaşacaq: “Mən ən yaxşısını etməyə çalışıram. İstedadlarımı istifadə etmək üçün əlimdən gələni edirəm. Həftəsonu daha güclü performans keçirtmək istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*