F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes-lə müqaviləsi gələn ilin sonunda başa çatacaq. Onun gələcəyi hələ də müəmmalıdır. Lakin əksəriyyət güman edir ki, tərəflər yeni müqavilə bağlayacaqlar.
Lyuis Həmilton: “Hələ yeni müqavilə üçün danışıqlara başlamamışıq, çünki boş vaxtımız yoxdur. İki aydır yollardayıq.
Bəzən yuxudan durub, artıq bu işləri buraxmaq istəyərsiniz. Görmək istədiyim şeylər var. Uzun müddət olmasa da, Formula1-də qalacam. Avtoidman artıq mənim üçün çox vacib deyil. Uşaq yaşlarımda Formula1-ə girəndə elə idi.
Ancaq 30 yaşlarıma çatanda anladım ki, həyat xatirələr toplamaq üçündür. Dostlarım və ailəmlə vaxt keçirmək daha vacibdir. Buna köklənmişəm və bu anlar üçün planlar hazırlayıram, çünki gələcəkdə ancaq bunları daşıya biləcəksiniz.
Dünya Çempionu kimi idmandan ayrılmaq hər idmançının xəyalıdır. Mənim üçün də elədir”.