L.Həmilton: “Ən yaxşı yerdəyəm”

Lyuis Həmilton mövsümün son sıralanma turuna çıxdığı üçün məyus olduğunu, amma poul aldığı üçün çox sevindiyini deyib.

F-1.az xatırladır ki, Həmilton 3-cü sessiyadakı son cəhdində əla dövrə vuraraq, komanda yoldaşı Rosberqi 0.3 saniyə qabaqlayıb. Mercedes sürücülərinin arasında 12 xallıq fərq var və Rosber yarışı podiumda bitirsə, karyerasındakı ilk çempionluğunu qazanacaq.

Lyuis Həmilton: “Dünəndən bəri işlər mənim üçün əla gedir. Bu bolidlə son dövrələri atmaq məni məyus edir. Doğrudan da, son 3 ildə əla bolidimiz var idi və gələnilki qayda dəyişikliyindən əvvəl bu boliddən həzz almaq istəyirəm. Yarışa başlamaq üçün ən gözəl yerdəyəm.

İlk sektorda Nikonun daha güclü olduğunu bilirdim. Buna görə də, risk edib daha çox vaxt itirmək istəmədim. Son iki sektorda güclü olduğumu bilirdim. İndi isə strategiya işçi qrupumuzla birgə yarış üçün ən yaxşı ssenarini düşünüb, dincəlmək istəyirəm. Ümid edirəm ki, hər şey yaxşı gedər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*