F-1.az xatırladır ki, britaniyalı sürücünün çempion olması üçün Meksikada 5-ci yeri tutması bəs edəcək.
Lyuis Həmilton: “Meksikada qalib gələrək çempion olmaq istəyirəm. Vacib şansım var və ilk cəhdimdə bunu bacarmalıyam. Son yarışlarda yaxşı iş gördüyümü düşünürəm. Bu çempionluğu nə qədər çox istədiyimi göstərdim və hər yarış qüsursuz performans göstərdim. Ostində qalib gələrək, Ferrari-nin ümidlərini puç etdik və indi də eynisini təkrarlamalıyıq. Hələ xəyal qurmuram. Avtoidmanda hər şey baş verə bilər. Buna görə də məyus olmaq istəmirəm. Qalib gələrək çempion olmaq istəyirəm”.