L.Həmilton ən yaxşı britaniyalı sürücü seçilib

Autosport-un mükafatlarından bu mövsüm ilk dəfə qələbəyə həsrət qalan yeddiqat dünya çempionuna da pay düşüb.

F-1.az xəbər vermişdi ki, Maks Ferstappen resursun oxucuları tərəfindən ilin sürücüsü seçilib. Onun keçənilki əsas rəqibi Lyuis Həmilton da səsverməyə əsasən ilin ən yaxşı britaniyalı sürücüsü adına layiq görülüb.

O, yeni komanda yoldaşı Corc Rassell və McLaren-in yüksələn ulduzu Lando Norrisi, həmçinin IMSA SportsCar çempionu Tom Blomkvisti geridə qoyub. Həmilton artıq səkkizinci dəfədir ki, bu mükafatı alır.

Qeyd edək ki, Lyuis həm də ötən mövsüm ən yüksək maaş alan sürücülərin siyahısına başçılıq edib. Britaniyalı son mövsümdə 50 milyon dollardan çox qazanıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*