L.Həmilton ən varlı Formula1 sürücüsüdür

Forbes jurnalının hazırladığı siyahıya görə Lyuis Həmilton Formula1-in ən çox qazanan sürücüsüdür.

F-1.az xatırladır ki, Amerikada dərc olunan Forbes hər il Dünyanın ən çox qazanan 100 idmançısını seçir.

Lyuis Həmilton illik 46 milyon dollar gəliri ilə siyahıda 11-ci yeri tutub və Formula1-in ən çox qazanan sürücüsü seçilib. Siyahıdakı növbəti Formula1 sürücü isə Sebastyan Fettel olub. Almaniyalı sürücü ilə 41 milyon dollar gəlirlə 19-cu yeri tutub. Fernando Alonso illik 36.5 milyon dollar gəlirlə 24-cü yeri, Niko Rosberq isə 21 milyon dollar gəlirlə 98-ci yeri tutublar.

Dünyanın ən çox qazanan idmançısı isə illik 88 milyon dollar gəlirlə Kriştiano Ronaldu olub. Lionel Messi 81.4 milyon dollar gəlirlə ikinci, Lebron Ceyms 77.2 milyon dollar gəlirlə üçüncü, Rocer Federer isə 67.8 milyon dollar gəlirlə beşliyi bağlayıblar.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*