F-1.az xatırladır ki, Mercedes komandası son iki Qran Prinin sıralanma turunda tam heyətlə Ferrari-yə uduzuB. Həmilton isə Çin yarışına 4-cü yerdən başlayıb. Yarışda çoxlu hadisələr olsa da, britaniyalı sürücü başladığı yerdə də yarışı bitirib.
Lyuis Həmilton: “Həftəsonu ən sürətli komanda deyildik. Melburndan etibarən gücümüzü itirmişik. Bu həftəsonu daha çox itirdik. Artıq ən sürətli ikinci və ya üçüncü komandayıq. Bəzi yeniliklərimiz var və görək necə olacaq”.