F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu karyerasında ilk dəfə bir mövsümü qələbəsiz bağlayıb və komanda yoldaşı Rassellin gerisində qalıb.
Lyuis Həmilton: “Bu il karyeramın ən pis ili deyildi. 2011-ci il daha çətin keçmişdi. Bu il də ən pis 3 mövsümümdən biridir, ancaq nəticələrimə baxanda güclü mövsüm keçirdiyimi görürəm. Komanda olaraq çox yaxşı işlədik. Müsbət tərəflər çox idi.
Mövsüm bitdiyi üçün sevinirəm. Əlimdən gələni etdim. Son yarış mövsümün əksəriyyəti kimi keçdi”.
Xatırladaq ki, Həmilton 2011-ci ildə mövsümü komanda yoldaşı Censon Battonun gerisində tamamlamışdı.