L.Həmilton: Ən azından 1 xal qazandım

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, pitə gəlmədiyi üçün xal itirdiyinə görə məyusdur.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 16-cı yerdən başlasa da, 6-cı olmaq üçün real şansı var idi.

Daha sonra Rikkardo ilə Alonsonun mübarizəni dayandırması ilə virtual təhlükəsizlik maşını rejimi işə düşüb. Bu bəs deyilmiş kimi pit yolu bağlanıb. Beləliklə, pitə girə bilməyən Həmilton yarışı 10-cu yerdə bitirib və 1 xala razı olub.

Lyuis Həmilton: “Əvvəl təkər temperaturuna görə problem yaşadım, amma daha sonra hər şey qaydasına düşdü. Öndəkilərlə fərqi bağladım. Deyəsən onlar Medium təkərdə idilər. Daha sonra hər şey daha yaxşı oldu və rəqiblərlə fərqi bağlayırdım. Onların Medium təkəri yeyildi və vaxt itirməyə başladılar.

Əlimdən gələni edirdim və yeni dəst təkərlə yarışan Rassellə eyni tempdə gedirdim. Hər şey yaxşı idi, amma sonra rəqiblərimiz mübarizəni dayandıranda hər şey məhv olmağa başladı. Komanda ilə danışacam. Məyus edici olsa da, 1 xal qazandım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*