F-1.az xatırladır ki, britaniyalı sürücü Ostində əsas rəqibi Fetteli 0.061 saniyə qabaqlayaraq, ABŞ Qran Prisində 4-cü dəfə poul qazanıb.
Lyuis Həmilton: “Bilirdim ki, mükəmməl olmalıyam və bunun üçün mükəmməl dövrələr vurmalı idim. İlk dövrə yaxşı idi. Amma çox az fərqlə öndə idim. İkinci cəhdlərində nəticələri yaxşılaşacaqdı. Buna görə səhv edə bilməzdim. Keçmişdə bəzən son sessiyalardakı ikinci cəhdim yaxşı olmurdu. Diqqətimi topladım və son cəhdimdə əlimdən gələni etdim. Çox xoşbəxtəm. Bu gün özümü fərqli hiss edirdim. Bəlkə də çox yatdığım üçün beynim fərqli işləyirdi. Amma əla oldu”.