L.Həmilton əlindən gələni edib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, testlərin son günündə maksimumda sürüb.

F-1.az xatırladır ki, mövsümöncəsi testlərdə Kimi Rəykkönen 79 saniyənin altına düşən yeganə sürücü olub. Həmilton isə 1:19.850 zaman nəticəsi göstərib.

Lyuis Həmilton: “Testlərdəki əsas məqsəd bolidlər üçün doğru sazlanmaları tapmaqdır, ən sürətli dövrəni vurmaq yox. Bəzi komandalar bütün güclərini burada göstərmirlər. Sözün açığı, bunun onlara necə fayda verdiyindən xəbərdar deyiləm.

Testlərin son günündən danışsaq, düşünürəm ki, daha yaxşı bir dövrə vura bilərdim. Təbii ki, burada başqa amillər də var. Fərqli mühərrik sazlanmaları və yanacağın miqdarı bu nəticələrə təsir edir. Heç kim sazlanmaları bilmir və bu gözəl xəbərdir. Onsuz da testlərin məqsədi bunları dəqiqləşdirməkdir. Amma Ferrari çox yaxşı işləyib. Doğrudan da, çox sürətli görünürlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*