F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlayaraq rahatlıqla qalib gəlib.
Lyuis Həmilton: “Doğrudan da, mükəmməl gün idi. Buradakı azarkeşlər inanılmazdır. Hədsiz enerjiləri var. Buranı çox sevirəm”.
Xatırladaq ki, Rosberq Braziliya yarışını qazanacağı halda, çempionluğu vaxtından əvvəl təmin edəcək. Amma almaniyalı son iki yarışdan birini 3-cü, digərini 2-ci yerdə bitirməklə də Dünya Çempionu titulunu qazanacaq.
Lyuis Həmilton: “Son iki yarışda özümü çox yaxşı hiss edirəm. Geridönüş etmək üçün hər yolu sınayacam. Təslim olmaq fikrim yoxdur. Sona qədər mübarizə aparacam. Əbu Dabidəki yarışda finiş xəttini keçdikdən sonra hər şeyi layiqincə etdiyimi düşünsəm, özümlə fəxr edərəm. Məqsədim bunu təmin etməkdir”.