L.Həmilton: Elə bildim yarış qəzasıdır

Merceses komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Elbonla təmasını yarış qəzası zənn edib.

F-1.az xatırladır ki, təhlükəsizlik maşınından sonra daha təzə təkərlərdə olan Elbon rəqibi Həmiltona hücum edərkən iki sürücü təmas edib və taylandlı sürücü yerində fırlanaraq, sonuncu pilləyə geriləyib. Stüardlar insidenti araşdırdıqdan sonra altıqat Dünya Çempionuna 5 saniyə zaman cəzası veriblər.

Lyuis Həmilton: “Heç bir şey hiss etmirəm. Yarış geridə qaldı və növbəti yarışlar barədə düşünürəm. Həftəsonu mənimçün yaxşı başlasa da, şənbə günü bir səhv etdim. Startdan bir neçə saat əvvəl 3 yer cəzası almaq qəribə oldu. Ancaq narahat deyildim. Əksinə var qüvvəmlə sürmək üçün bir səbəbim oldu.

Tempim yaxşı idi və Valtteriyə yaxınlaşırdım. Ancaq Elbonla təmasımız pis oldu. Yenidən təkrarlandığına inana bilmirəm. Elə bildim ki, yarış qəzasıdır, ancaq stüartlar başqa cür düşündülər. Buna baxmayaraq, cəzaya razıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*