F-1.az xatırladır ki, britaniyalı sürücü pouldan başladığı yarışı rahatlıqla qazanaraq, karyerasındakı 85-ci qələbəni əldə edib.
Lyuis Həmilton: “Qəribə mövsüm keçiririk. Ancaq burada belə performans göstərmək əladır. Komanda əla strategiya seçdi və bundan sonra ehtiyatlı sürərək finişə çatmalı idim.
Sürətli dövrə vurmağa çalışsam da, 40 dövrəlik Medium təkərlərlə bu, mümkün deyildi. Düzünü, desəm keçənilki son yarışdan sonra burada qalib gəlmək çox təsiredicidir”.