L.Həmilton Elbondan üzr istəyib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton rəqibi Aleksander Elbondan üzr istəyib.

F-1.az xatırladır ki, iki sürücü son dövrələrdə ikinci yer uğrunda mübarizə apararkən britaniyalı sürücü gənc rəqibinə arxadan çırpılıb və nəticədə 5 saniyə zaman cəzası alıb və 7-ci yerə düşüb. Elbon isə yarışı 14 -cü yerdə bitirərək xalsız qalıb.

Lyuis Həmilton: “Elbondan üzr istəyirəm. Onu ötmək üçün hücumlar edirdim. Orada boşluq olsa da, birdən qapını üzümə bağladı. Lakin mənim səhvimdir.

Var qüvvəmlə yarışdım və risk aldım. Döngələrdə Red Bull-lara çata bilsəm də, düzlüklərdə geri qalırdım. Əlimizdən heç nə gəlmirdi. Qasli də əla yarışdı. Son düzlükdə çox əla trayektoriya seçdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*