F-1.az xarırladır ki, britaniyalı sürücü Belçikadakı üçüncü sərbəst yürüşlərdə qəza edib və mexaniklər son anda onun bolidini hazır ediblır. Buna baxmayaraq, yaxşı performans göstərən beşqat Dünya Çempionu sıralanma turunda 3-cü olub.
Lyuis Həmilton: “Üçüncü sərbəst yürüşlər mənimçün bərbad idi. Pis oldum, çünki bu detalların hazırlanması üçün çox adam əziyyət çəkir. Onlara təşəkkkür etməkçün gözəl sıralanma turu keçirmək istədim. Üçüncü sərbəst yürüşləri və sıralanma turunun ilk dəqiqələrini qaçırtdığımı düşünsək, bu, yaxşı nəticədir.
Valtteri ilə olan hadisədə ikimiz də yavaş idik. O, önündəki bolidin, mən isə onun hava kisəsində qalmağa çalışırdım. Ümid edirəm ki, yarışda mübarizə apara bilərik”.