F-1.az xatırladır ki, finişdən sonra şərəf dövrəsində karyerasını başa vuran Alonso və yarışı 2-ci yerdə bitirən Fettellə azarkeşlərə şou göstəriblər.
Lyuis Həmilton: “Bu gün hər şey ideal keçdi, bütün yarış məsafəsində heç bir problemimiz olmadı. Mövsümü əla başa vurduq! Belə gözəl mövsüm üçün rəqiblərimə təşəkkür edirəm.
Sebastyanla yarışmaq da şərəfdir. Onu Formula3-də yarışandan tanıyıram. Həmişə ürəkdən yarışır və dürüstdür. Bizim üzərimizdə təzyiq çox olduğu üçün səhvlərimizi mühakimə etməyin. Gələn il daha güclü olacaq”.