L.Həmilton: Düzlükdə çox itiririk

F-1.az xəbər verir ki, yeddiqat dünya çempionu sıralanmada 6-cı olub, lakin yarışı daha ön yerlərdə başa vuracağına ümid edir.

Lyuis Həmilton: “Baxmayaraq ki, maşın trasın döngəli hissələrinin öhdəsindən yaxşı gəldi, düzlükdə çox itirdik. Sürmək əyləncəli idi və yaxşı dövrələr vurdum, lakin düzlük hissədə geri qaldır. Biz buna hazır idik, çünki Mercedes-in arxa qanadı rəqiblərinkindən daha böyükdür.

Yarışın gedişatı hava şəraitindən asılı olacaq. Dünən yağışlı havada yaxşı görünürdük. Hər halda, liderlərə bugündən daha çox yaxın olacağımızı gözləmək olar. Sabah daha yaxşı nəticəyə ümid edirəm. Lakin qələbəyə inanmıram. Sıralanma turunda bu qədər uduzuruqsa, çətin ki, qalib gələ bilək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*