L.Həmilton: Düzgün zaman seçmədik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, komanda olaraq zamanlama cəhətdən daha yaxşı işləməlidirlər.

F-1.az xatırladır ki, Mercedes komanda olaraq Mayamidə zəif təsir bağışlaıyb. Həmilton isə sıralanma turunda 13-cü yeri tutaraq, sıralanma turunda son sessiyaya qala bilməyib. Bunun səbəbi isə yeddiqat Dünya Çempionunun trafikdə qalması və istədiyi kimi dövrə vura bilməməsi idi.

Lyuis Həmilton: “Çətin sessiya idi. Çox sürətli deyildik. Buna görə də mükəmməl dövrələr vurmalı idim, ancaq temp tapmaq çətin idi. Əvvəl son döngədə maşınların yavaşlamasına görə problem yaşadım.

Maşının güclü olduğu gözəl anlar var idi. Birinci sessiyanın sonunda dövrəm pis deyildi, ancaq sıralanma turunda son sessiyaya qalmaq üçün lazımi performansı göstərə bilmədim. İkinci sessiyada trasa gec çıxdım və qrupun arxasına düşdüm. Trasa çox gec çıxdıq. Önümdə 7 maşın var idi və təkərləri qızdırmağa çalışırdım. Son döngədə hamı yavaşladı və təkərlərin temperaturu düşdü. Buna görə mümkün olmadı.

Tempiniz yaxşı olsa, daha rahat dövrə vura bilərsiniz. Son dəqiqədə bəxtinizi sınaya bilərsiniz. Belə olan halda rahatlıqla son sessiyaya qalırsınız.

Çətin olacağını bilirdik. Son sessiyaya qalmaq üçün 50 faiz şansımız var idi. Buan görə də zamanlama cəhətdən yaxşı iş görməliyik. Görək yarışda nə edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*