L.Həmilton: Düzəldilməli şeylər var

Mercedes komandası üçün S.Ərəbistanı QP-ni məhsuldar saymaq olar - komandanın sürücüləri 4 və 5-ci yerləri tutublar.

F-1.az xəbər verir ki, Lyuis nəticədən razı olsa da, komandanın daha çox inkişaf edə biləcəyinə inanır.

Lyuis Həmilton: “Əhval-ruhiyyə pis deyil, çünki komandamız çoxlu xal qazanıb. Mən irəlilədim. Sevinirəm ki, yeddinci yerdən başladıqdan sonra beşinci yerə yüksəldim. Düzdür, mənim vəziyyətimdə taktika çox da yaxşı işləmədi və maşının parametrləri arzuolunan dərəcədə deyildi – əgər mənim maşınım Corcunki kimi qurulsaydı, yarışı daha yüksək mövqedə bitirə bilərdim.

Deməli, bir tərəfdən üzərində işləməli olduğumuz şeylər var, digər tərəfdən müsbət məqamlar da var idi. Parametrlərdən danışırıqsa, onda iki alternativ var idi və birini seçdim, Corc isə digərinə üstünlük verdi. Əvvəllər onun səhv seçim etməsi tez-tez baş verirdi, amma bu dəfə yanılmadığı məlum oldu.

Bu həftə sonu mən yalnız onun tempi ilə sürə bildim, amma onu üstələyə bilmədim. Amma çalışacağam ki, növbəti dəfə daha yaxşı nəticə üçün mübarizə apara bilək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*