L.Həmilton: Düşünürəm ki, 3 kq arıqlamışam

F-1.az xəbər verir ki, Fransa Qran Prisini ikinci yerdə başa vuran britaniyalı sürücü mövsümdə hələ ki, ən yaxşı nəticəsini əldə edib. O, həm də ardıcıl 4-cü yarışda podiuma yüksəlib.

Lyuis Həmilton: “Məncə bu həftəsonu tribunalarda buradakı əvvəlki yarışlarla müqayisədə daha çox adam var idi – Merci beaucoup! Baxmayaraq ki, yarış mənim üçün içməli su sistemi işləmədiyi üçün çətin keçdi, bu gün haba əladır. Düşünürəm ki, 3 kq arıqlamışam, ona görə də indi tez susuzluğumu aradan qaldırmalıyam.

Bütün həftəsonu boyunca bu sürətli uşaqlardan çox geri qaldığımızı nəzərə alsaq, əla nəticə göstərdik. Komandamız əla etibarlılıq səviyyəsinə nail olub, buna görə də mən Brekli və Briksvortdakı bazalarımızda çalışan hər kəsi təbrik edirəm. O mütəxəssislər olmasaydılar, biz bu gün podiuma qalxa bilməzdik. Onu da qeyd etmək lazımdır ki, Rassell də böyük iş gördü.

İndi Macarıstan yarışına hazırlaşmalıyıq. Budapeşt gözəl şəhərdir, lakin Hunqarorinqdə Red Bull və Ferrari-ni məğlub etmək çətin olacaq. Onların hələ də çox böyük sürət üstünlükləri var. Amma ümid edirəm ki, gələn həftəsonu üçün bir sıra yeniliklər hazırlaya biləcəyik və onlar bizə daha bir addım irəli getməyə imkan verəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*