L.Həmilton: Dözümlülük yaxşıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton testlərin ilk günündən sonra heç nə danışmaq istəmir.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Bəhrəyndəki testlərin ilk günündə lider Ferstappendən 0.6 saniyə geri qalaraq, 6-cı olub.

Lyuis Həmilton: “Bəhreyndə yenidən boliddə olmaq gözəldir. Hava küləkli olsa da, nahardan sonra gözəl keçdi. Proqramımızı tamamladıq və çoxlu məlumat topladıq.

Bazada gedən işlərə görə boliddə dözümlülük yaxşıdır. Buna görə də çoxlu dövrə vura bildik. İndi daha yaxşı nəticə üçün işləməliyik. Sıralanma cəhətdən harada olduğumuzu bilmirəm. Amma növbəti günlər daha yaxşı olacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*