F-1.az xatırldır ki, britaniyalı sürücü Monrealda builki ən yaxşı sıralanma turu nəticəsini əldə edib.
Lyuis Həmilton: “Çox xoşbəxtəm. Boksda Angela (fizyoterapist) ilə qucaqlaşdıq, çünki çox işlədik. Keçən həftə çox çətin keçmişdi. Angela yanımda olduğu üçün hər gün şükür edirəm. Çox işləyirik. Həftə başlayandan çətin idi.
Quru hava şəraitində zəif olsaq da, belə havada beşliyə düşmək yaxşıdır. Builki ən yaxşı sıralanma turu nəticəmdir. 2007-ci ildəki Avstraliyada ilk sıralanma turum qədər həyəcanlı idim.
Ümid edirəm maşında dalğalanma az olar. Bolidi bir az yüksəltmişik. Belə təhlükə azdır. Bakıya nisbətən problem azdır”.