L.Həmilton: Divanda yatıb qalıram

Formula1 üzrə yeddiqat Dünya Çempionu Lyuis Həmilton bildirib ki, atası və qardaşı yarışmağını istəsələr də, anası və bacısı sevdiyi işlə məşğul olmasını məsləhət görürlər.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Formula1-dən başqa xeyriyyəçilik, ticarət, aktyorluq və başqa işlərlə məşğul olur.

Lyuis Həmilton: “Atam və qardaşım sonsuza qədər yarış deyirlər, çünki onlar yarışçıdırlar. Anam və bacım isə sevdiyim işi görməyim üçün dəstək verirlər. Həm də bunun çox yorucu iş olduğunu görürlər. Bəzən bacımın evinə gedəndə yorğunluqdan divanda yatıb qalıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*