F-1.az xatırladır ki, Monakodakı cümə axşamı sərbəst yürüşlərində britaniyalı sürücüyə çatan olmayıb.
Lyuis Həmilton: “Monakoda istedadınızı göstərməyə kömək edən bolid sürmək gözəldir. Komandamla fəxr edirəm və yaxşı işlər görmək istəyirik. İki sessiyada da sazlanmalar üzərində işlədik və xoşbəxtəm. İllər keçdikcə tras daha da sürətlənir və baryerlərin yanından keçərkən bunu hiss edirsiniz. Diqqətli olmalısınız”.