L.Həmilton: Deməyə söz tapmıram

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yarışın sonlarında ayağı möhkəm sancıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Portuqaliya yarışını qazanaraq, karyerasının 92-ci qələbəsini əldə edib və Formula1 tarixinin ən çox yarış qazanan sürücüsü olub.

Lyuis Həmilton: “Yarışdan sonra yağış yağacağını dedilər, amma startda bir neçə damcı düşməyə başladı. Yaxşı start aldım, ancaq yeddinci döngədə maşının arxası sürüşdü. Ondan sonra yavaşladım və Valtteri məni keçdi. Müdafiə oluna bilərdim, amma etmədim. Daha sonra mübarizə aparmağa qərar verdim və bacardım.

Bu, fiziki idman növüdür. Sağ baldırım birdən sancdı. Buna görə də düzlükdə qaza basmırdım. Çox ağrıyırdım. Ancaq bunu geridə qoya bildim.

Bugünkü uğurlarımı ancaq xəyal edərdim. Bu komandaya gələndə əlimdə sehirli kürə yox idi. Amma buradayam və uğurlardan həzz alıram. Hər şeyi birlikdə edirik və uğur qazanırıq. Bu gün atam da, ogey anam Linda da, Rosko da buradadır. Bu, gözəl haldır və çox xoşbəxtəm. Deməyə söz tapmıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*