F-1.az xatırladır ki, “gümüşü oxlar” DAS sistemini qış testlərində istifadə ediblər. Sürücülər maşın hərəkət edərkən sistemin hesabına təkər bucağını dəyişə bilərlər. Bəzi komandalar buna qarşı çıxsalar da, bəziləri mükəmməl sistemə görə Mercedes-ə təriflər yağdırırlar.
Lyuis Həmilton: “Hazırda çox istifadə etmirəm. Bəzən onunla işləyirik, bəzən onsuz. Nə qədər istifadə edəcəyimizi bilmirəm.
Məncə, qış testi əla keçdi. Ancaq mükəmməl deyildi. Həll ediləsi problem çoxdur. Lakin bunların testdə çıxması daha yaxşıdır. Rəqiblərimizlə müqayisədə necəyik bilmirəm”.