L.Həmilton: Daha pis nəticə gözləyirdim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, hər şey yaxşıya doğru dəyişib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Bəhreyndəki sıralanma turunda komanda yoldaşı Rasselldən geri qalaraq, 7-ci olub.

Lyuis Həmilton: “Sessiya yaxşı keçdi. Düşünürdüm ki, bundan daha pis olacaq. Cümə axşamı gecə çox işlədik və əla nəticəsi oldu. Bolid şənbə günü əla işlədi və sıralanma turu yaxşı keçdi. Düşünürdüm ki, son sessiyaya qalmaram, amma elə olmadı. Buradayıq və mübarizə aparırıq.

Yarış tempimizin necə olduğunu bilmirik. Hər şey bazar günü məlum olacaq. Ümid edirəm ki, rəqiblərimizlə mübarizə apara bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*