L.Həmilton: “Daha çox pit-stop istəyirəm”

Mercedes AMG komandasının britaniyalı sürücüsü Lyuis Həmilton bildirib ki, bolidin asfaltla ilişməsi çox zəifdir...

F-1.az xatırladır ki, Lyuis Həmilton cümə günü sərbəst yürüşlərində təkəri bir neçə dəfə bloka salıb və bir neçə dəfə yerində fırlanıb. Amma bütün bunlara baxmayaraq, britaniyalı sürücü günü birinci yerdə tamamlaya bilib.

Sərbəst yürüşlərdən sonra britaniyalı bildirib ki, Pirelli təkərləri ilə asfalta ilişmə çox zəifdir, çünki trasın səthi çox hamardır: “Dəli kimi sürürdüm və buna görə də bir az problemlərim oldu. Mən çalışırdım ki, həm boliddən maksimumu alım, həm də asfalta ilişməni maksimum səviyyəyə gətirim.

Amma bu təkərlərdə asfalta ilişmə yoxdur və bolid çox sürüşür. Bu təkərlər həmişə belə olub, çünki bu tras təkərləri az yeyən trasdır.

Elə bil ki, bolidi buzun üstündə sürürdüm və bu inanılmaz idi. Ümid edirəm ki, trasın üstü rezin qatı ilə örtülər və daha çox qızar. Belə olsa, vəziyyət yaxşılaşar”.

Həmilton bu tərsliklərə baxmayaraq, ən sürətli dövrəni atdığı üçün xoşbəxt olduğunu deyib: “Bugünkü planımız bolidi iki dəfə yarış tempində yoxlamaq idi, amma yerimdə fırlandım və buna görə də bir dəst təkərim qaldı. Güclü görünürük və buna görə də məmnunam.

Bu tras mənim zəif olduğum traslardan biridir, amma düşünürəm ki, nəsə edə bilərik. Ümid edirəm ki, sabah bunun nəticəsini görəcəyik”

Həmilton əlavə edib ki, onlar yarışda iki pit-stop edə bilərlər: Komanda mənə dedi ki, azı iki pit-stop edə bilərik. Hələki vəziyyətin nə yerdə olduğunu bilmirəm, amma ümid edirəm ki, bir dəfə pit-stop etmərik. Tək pit-stop olanda azarkeşlər də darıxır.

Buna görə də daha çox pit-stop olmasını istəyirəm, çünki çox pit-stop olanda həyəcan da artır. İstəyirəm ki, ən azı iki, 3 və ya 4 dəfə pit-stop olsun”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*