L.Həmilton da yeni mühərriyə keçəcək?

Dünənki sıralanma turunda 4-cü olan Lyuis Həmilton da bu gün yeni mühərriyə keçə bilər.

Toto Volff RacingNews365-ə müsahibəsində istisna etməyib ki, sıralanma turundakı nəticədən sonra Lyuis Həmiltonun maşınında güc qurğusunun dəyişdirilməsi üzərində düşünürlər.

Əgər komanda eyni xüsusiyyətlə güc qurğusuna keçərsə, onda Lyuis 17-ci yerdən start alacaq (cərimələnənlər arasında sıralanmada daha yüksək nəticəyə görə), əgər yenilənmiş güc qurğusuna keçərsə, onda britaniyalı sürücü pit leynə yollanacaq.

Qeyd edək ki, yeddiqat Dünya Çempionunun builki əsas rəqibi Maks Ferstappen də yeni mühərriyə keçib və o, yarışa 20-ci yerdən başlayacaq

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*