L.Həmilton çox yorulub

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, fiziki cəhətdən çox yorulub.

F-1.az xatırladır ki, britaniyalı sürücü Kataloniya trasında karyerasının 92-ci poulunu qazanıb.

Lyuis Həmilton: “Yaydır. İlk dəfədir ki, Barselonada belə isti havada yarışırıq. Fiziki cəhətdən çətindir. Burada tarixin ən sürətli maşınları ilə yarışırıq. Bu da bədənimiz üçün çətindir. Təkərləri ideal temperaturda tutmaq da çətindir. Buna görə də son cəhdimdə zəiflədim.

Sabah startdan ilk döngəyə qədər uzun məsafə olacaq. Heç nə bitməyib. Burada rəqibi izləmək çətindir. Hədəfimiz yerimizi qorumaqdır. Bunun üçün yaxşı start almalıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*