F-1.az bildirir ki, karyerasında 69-cu qələbəsini qazanan britaniyalı sürücü cari çempionatda Sebastyan Fettel üzərində üstünlüyünü 40 xala çatdırıb…
Lyuis Həmilton: “Asan yarış olmadı, amma, xoşbəxtlikdən, Sinqapurda bizi əla dəstəklədilər! Əla start aldım, komanda mənə və Valtteriyə inanırdı – yarış isə karyeramda ən uzun yarış oldu, xoşbəxtəm ki, nəhayət, qurtardı! Maks sona qədər mübarizə apardı, amma ümumən həftəsonu əla keçdi – çox yorulmuşam, eyni zamanda, çox da xoşbəxtəm!
Yarışın sonuna yaxın trafiklə bağlı çətin şəraitə düşdüm: dövrəvi sürücülər öz aralarında mübarizə aparırdılar, yerlərini dəyişirdilər, ona görə də onları təqib etmək çətin idi. Bu vəziyyət Maksın xeyrinə idi, mənə maksimum yaxınlaşdı. Sonda dövrəvi sürücülər məni buraxdılar, çox gərgin idim, ürəyim sinəmdən çıxmağa hazır idi. Dövrəviləri keçdikdən sonra Maksdan uzaqlaşa bildim.
Çempionatda hər şey uğurla davam edir, amma bu həftə ciddi işləməli olduq. Biz Sinqapurda nə dərəcədə sürətli olduğumuzu bilmirdik. Ona görə də gördüyü iş üçün komandaya təşəkkür edirəm. Tribunalarda azarkeşlərimi və Britaniya bayrağını görmək isə məni çox ruhlandırdı – hamıya minnətdaram!”