L.Həmilton: Çox yarışı fəda etdim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bu il bir neçə sazlanma sınadığı üçün yarışları fəda edib.

F-1.az xatırladır ki, mövsüm başlayanda Mercedes komandasında bəzi problemlər var idi. Buna görə də Həmilton ilk yarışlarda fərqli sazlanmalar seçərək, problemləri həll etməyə çalışırdı. Buna görə də yeddiqat Dünya Çempionu ilk yarışlarda geridə qalırdı.

Lyuis Həmilton: “Sözün əsl mənasında hər şeyi sınadım. Mövsümün əvvəlində vəziyyət belə idi. Əlimizdən gələnin ən yaxşısını etməyə və problemləri düzəltməyə fokuslanmışdım. Komandaya məlumat toplamaq üçün bir neçə sessiyanı fəda etdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*