F-1.az xatırladır ki, “gümüşü oxlar” keçən il dalğalanma probleminə görə çox vaxt itirmiş və mövsümü bir qələbə ilə bağlamışdılar.
Bu il isə testlərdə boliddə heç bir dalğalanma olmadı.
Lyuis Həmilton: “Çox şey kəşf elədik. Bu il komandada 11-ci mövsümümü keçirirəm və bu il də komandada hamı çox işlədi.
Dırmanmalı olduğumuz bir dağ var və heç kim təlaşlanmadı. Hamı işinə kökləndi. İndi isə bazadakılar topladığımız məlumatları təhlil edəcək və inkişafa davam edəcəyik.
Bolidib etibarlılığı yaxşıdır. Cümə günü problem yaşasaq da, hər şey qaydasında idi. Sonlarda tras soyuyanda və Soft təkərlərə keçəndə daha rahat olur. İstədiyimiz yerdə olmasaq da, başlanğıc üçün hər şey qaydasındadır”.