F-1.az xatırladır ki, “gümüşü oxşar” testlər ərzində 3 dəfə mühərrik dəyişməli olublar. Bundan başqa almanların müştəri komandası olan Williams da testlər ərzində 3 motordan istifadə edib.
Lyuis Həmilton: “Məncə, qış testi yaxşı keçdi. Ancaq mükəmməl deyildi. Problemimiz çoxdur. Amma bunların testlərdə üzə çıxması yaxşı oldu. Bunları saymasaq, qət etddiyimiz məsafə yaxşı idi. Rəqiblərimizlə müqayisədə neçənci olduğumuzu bilmirəm.
Mühərrik problemlərinə görə narahatam. Mükəmməl deyil. İkinci ya da üçüncü motordayıq. Bu, bizimçün yaxşı deyil. Lakin əminəm ki, uşaqlar bazada yaxşı işləyəcəklər və ən yaxşı nəticəni əldə edəcəklər”.