F-1.az xatırladır ki, britaniyalı sürücü Soft təkərlərə keçmək üçün pitə gəlsə də, divara çırpılıb və ön qanadını sındırıb. Buna görə də pit-stopda vaxt itirib. Trasa gec çıxan Həmilton, təkərlərini qızdıra bilmədiyi üçün 4-cü yerdə qalıb.
Lyuis Həmilton: “Çox məyusam. O ana qədər çox yaxşı gedirdim və işimə fokuslanmışdım. Həm buradakı, həm də bazadakı işçilərdən üzr istəyirəm, çünki bu hərəkət çempiona yaraşmadı. Olan-oldu və sabah çalışacam ki, bu səhvimi kompensə edim.
Tras çox sürüşkən olduğu üçün qızdırma dövrəsində vaxt itirdim. İki dəfə divara çırpıldım və belə hal gec-gec başıma gəlir”.